Allahşükür Paşazadə Ərdəbil məscidinin imamının çıxışını pisləyib
Bakı/22.09.21 Çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə İranın Ərdəbil şəhərinin imamı Amulinini pisləyən bəyanatla çıxış edib.
“İmamın söylədiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüf hissi yaradıb. Bu çıxış İran-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etmir. Ərdəbil kimi şəhərdə bu cür çıxış ən azı hörmətsizlikdir”, – bəyanatda deyilir.
İran etiraf edib ki, Azərbaycan öz ərazilərini – Qarabağı azad edib və ərazi bütövlüyünü bərpa edib, indi də dağıdılmış ərazilərin bərpası ilə məşğuldur.
“Təəssüf ki, Ərdəbil məscidinin imamının çıxışı İran-Azərbaycan münasibətlərinə xələl gətirə bilər və islam həmrəyliyinə tamamilə ziddir”, – bəyanatda bildirilir.
Xatırladaq ki, Azərbaycanda İranın Qarabağdakı erməni separatçıları ilə əməkdaşlığı tənqid olunduqdan sonra sözügedən iranlı xadim Azərbaycanın ünvanına hədə-qorxu ilə çıxış edib. -02D-